Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçıdır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.
ONN media xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.Onun sözlərinə görə, ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı 5,4 faiz azalıb:
“Pensiyaçıların sayının azalmasının əsas səbəblərindən biri əlilliyə görə pensiya alanların sayında qeydə alınan ikirəqəmli düşüşdür. Belə ki, əlilliyə görə pensiya alanların sayı 16,4 faiz azalıb. Buna səbəb əlilliyin yenidən qiymətləndirilməsi zamanı imtinaların sayının əvvəlki dövrlər ilə müqayisədə artması və meyarların dəyişdirilməsidir.
Bu kateqoriya üzrə azalmalar ümumi pensiyaçıların sayına birbaşa təsir göstərmişdir.
Digər tərəfdən, ailə başçısını itirməyə görə pensiya alanların sayında da azalma qeydə alınıb: 9,7 faiz.Bütün bunlar ilə yanaşı, DSMF-in məlumatına görə, həmin dövrə yaşa görə pensiya alanların sayı 0,4 faiz artıb.
Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib.
Qeyd edək ki, pensiya islahatları çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə, minimum kapital yığımı ilə yanaşı orta həddin müəyyənləşdirilərək kaptialın həcmindən asılı olaraq daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi, pensiya kapitalının bir hissəsinin vərəsəyə transfer olunması hallarının müəyyənləşdirilməsi, qadın pensiyaçıların pensiya kapitalının xüsusi əmsala vurularaq artırılması kimi təkliflərimizi təqdim etmişik”.



Pensiya alanların NƏZƏRİNƏ
Pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir
Pensiya alanlara şad xəbər- ARTIM VAR
Yaşa görə pensiya 525 manata çatıb
ŞOK RƏQƏM: Azərbaycanda aylıq 18208 MANAT pensiya alan var
Əlillik pensiyaları ilə bağlı YENİLİK
Pensiya alanların NƏZƏRİNƏ- Bundan sonra...
Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
Azərbaycanda pensiyaçıların sayı açıqlandı
Azərbaycanda nə qədər pensiyaçı var?
Pensiyaçıların sayı açıqlandı
Pensiya alanların NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 