Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub.
ONN media xəbər verir ki, hadisə bu gün səhər saatlarında ticarət mərkəzinin 9 və 10-cu sıralarındakı mağazaların birində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb.
Araşdırma aparılır.