Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqa təbrik məktubu göndərib.Axar.az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin hər keçən il daha da inkişaf etməsi və dərinləşməsi məmnunluq doğurur.
Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk.
Vyetnamla beynəlxalq təsisatlar, xüsusilə də Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlığımızı vurğulamaq istərdim.Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün yaxşı imkanlar vardır.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hazırda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərində Vyetnam şirkətlərinin də iştirakını görməkdən məmnun olardıq.
İnanıram ki, Azərbaycan-Vyetnam ənənəvi dostluq əlaqələrinin mövcud potensialından tam bəhrələnmək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimizi genişləndirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".



İlham Əliyev üç ölkənin prezidentinə məktub göndərdi
Bu ölkələrin prezidentləri İlham Əliyevi təbrik edib
İlham Əliyev Almaniya prezidentini təbrik etdi
İlham Əliyev əlcəzairli həmkarını təbrik edib
İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi
İlham Əliyev vyetnamlı həmkarını təbrik edib
İlham Əliyev Rumen Radevə məktub göndərdi
İlham Əliyev indoneziyalı həmkarını təbrik etdi
İlham Əliyev Özbəkistan Prezidentini təbrik etdi
İlham Əliyev Peru prezidentini təbrik etdi
Vyetnam prezidenti İlham Əliyevi təbrik edib
İlham Əliyev bu ölkə prezidentlərini təbrik edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 