Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Tərtər rayonunun Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləmiş Tofiq Kərimovun cinayət işinin istintaqı çərçivəsində dindirilib.
ONN media Gününsəsi.info-ya istinadən xəbər verir ki, icra başçısı 4 saata yaxın istintaqın suallarını cavablandırıb.
Məlumatda bildirilib ki, istintaq çərçivəsində baş memar Tofiq Kərimovun tikintiyə icazə üçün rüşvət aldığı bir neçə vətəndaş da şahid qismində dindirilib.
Qeyd edək ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərilə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib.Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.
Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.



Tərtər İH-də əməliyyat: Kərimov Bakıya gətirildi
Tutulan icra başçısı məhkəməyə gətirildi
DTX bu İH-də əməliyyat keçirdi- SAXLANILAN VAR
Kürdəmirin icra başçısının ittihamları məlum oldu – EKSKLÜZİV
SON DƏQİQƏ: Vəzifəli şəxslər rüşvətə görə həbs edildi
Məhkəmə sabiq icra başçısı barədə QƏRAR VERDİ
Tutulan icra başçısından YENİ XƏBƏR
İcra başçısı və müavini də saxlanıldı
Lənkəranda əməliyyat keçirildi- Vəzifəli şəxslər saxlanıldı
Bu rayonun baş memarına CİNAYƏT İŞİ AÇILDI
Həbs edilən sabiq icra başçısından SON XƏBƏR
Kürdəmir icra başçısının aldığı rüşvətlər MƏLUM OLDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 