Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhmana təbrik məktubu ünvanlayıb.
ONN media təbrikin mətnini təqdim edr:
"Hörmətli İmaməli Şərifoviç,
Tacikistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adındansəmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin müdrik rəhbərliyiniz altında Tacikistanın dövlətçiliyin möhkəmləndirilməsi, xalqın sosial-iqtisadi rifahının yaxşılaşdırılması sahələrində əldə etdiyi uğurları, beynəlxalq aləmdə nüfuz qazanması dost ölkə olaraq bizi sevindirir.
Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi xalqlarımızın tarixənbir-birinə bəslədiyi rəğbət, hörmət və etimaddan qaynaqlanır.
Ali səviyyəli qarşılıqlı səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin və tərəfdaşlığımızın dinamik və uğurla inkişafını şərtləndirmişdir.İnanıram ki, hazırda Azərbaycan-Tacikistan əlaqələrinin əhatə dairəsinin genişləndirilməsi üçün formalaşmış əlverişli şəraitdən səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda işbirliyimizin daha da dərinləşməsinə nail olacağıq.
Hörmətli İmaməli Şərifoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".



Prezident Emoməli Rəhmonu təbrik etdi
İlham Əliyev Özbəkistan Prezidentini təbrik etdi
İlham Əliyev bu ölkə prezidentlərini təbrik edib
İlham Əliyev həmkarını təbrik etdi
İlham Əliyev üç ölkənin prezidentinə məktub göndərdi
İlham Əliyev Albaniya prezidentini təbrik etdi
İlham Əliyev Miloş Zemanı təbrik edib
İlham Əliyev Koreya Prezidentini təbrik etdi
İlham Əliyev Peru prezidentini təbrik etdi
İlham Əliyev Zelenskini təbrik etdi
İlham Əliyev fələstinli həmkarını təbrik edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 