Milli Hidrometeorologiya Xidmətinin senytabrın 13-ü saat 9-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
ONN media xəbər verir ki, xidmətdən verilən məlumata görə, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.
Şahdağda 2750 metr hündürlüyə qar yağıb.Düşən yağıntının miqdarı Qəbələdə 57 (aylıq normanın 73%-i), Göyçayda 41 (aylıq normanın 108%-i), İsmayıllı 40 (aylıq normanın 51%-i), Qaxda (Sarıbaş) 39, Şəkidə 37, Şahdağda 31, Oğuzda 27, Qobustanda 25 (aylıq normanın 82%-i), Xaltanda 24 (aylıq normanın 50%-i), Kürdəmirdə 23 (aylıq normanın 69%-i) , İmişlidə 23 (aylıq normanın 116%-i), Qrızda 21 (aylıq normanın 44%-i), Zərdabda 20 (aylıq normanın 68%-i), Sabirabadda 19 (aylıq normanın 96%-i), Biləsuvarda 17 (aylıq normanın 98%-i), Ağsu, Ağdamda 16 (aylıq normanın 47%-i), Lənkəranda 14, Şamaxıda 13, Altıağac, Balakən, Naxçıvan, Yevlax, Quba, Ordubad, Tərtər, Şabran, Sədərək, Şərur, Mingəçevir, Gədəbəy, Şəmkir, Beyləqan, Cəfərxan, Neftçala, Yardımlı, Qusar, Şahbuz, Tovuz, Lerik, Ağstafa, Gəncə, Naftalan, Daşkəsən, Bərdədə 10, Bakıda 12 (aylıq normanın 70%-i) Maştağada 5, Sumqayıtda 3, Pirallahıda 2 mm-dək olub.
Yağan intensiv yağışlar nəticəsində sentyabrın 13-ü saat 8 radələrində Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançay və Şəki rayonu ərazisində keçən Damarçın çayından sel keçib.
Gəncə, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Oğuz, Şamaxı, Qrız, Şəki, Balakən, Lerikdə duman müşahidə olunub.
Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 14-ü gündüz saatlarından tədricən kəsiləcəyi gözlənilir.



Azərbaycana qar yağdı
Faktiki hava açıqlandı
Faktiki hava açıqlandı
Bu rayonlara QAR YAĞDI
Bu çaylardan sel keçdi
Şahdağa qar yağdı - FAKTİKİ HAVA
14 dərəcə şaxta oldu, yarım metrə yaxın qar yağdı - FAKTİKİ HAVA
Faktiki hava açıqlandı: Bu rayonlara qar yağdı
Bakıda 1 dərəcə şaxta olub - FAKTİKİ HAVA
Azərbaycana 22 sm qar yağdı
Faktiki hava açıqlandı
Faktiki hava açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 