Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik məktubu ünvanlayıb.
ONN media məktubun mətnini təqdim edir:
"Hörmətli həmvətənlər!
Sizi – Azərbaycanın yəhudi icmasını yeni il bayramınız Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda tarixən olduğu kimi, bu gün də yüksək birgəyaşayış mədəniyyəti, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür. Müasir demokratik prinsiplər əsasında insan hüquq və azadlıqlarının təminatı, etnik azlıqların dil və mədəniyyətinin qorunub saxlanılması, multikultural dəyərlərin və tolerantlıq ənənələrinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir.Etnomədəni rəngarəngliyi ilə seçilən ölkəmizdə yüz illərdir məskunlaşan və Azərbaycanı özünə doğma vətən bilən yəhudi icması sülh, əmin-amanlıq şəraitində yaşayaraq heç vaxt antisemitizmə, ayrı-seçkiliyə məruz qalmamış, cəmiyyətimizin ayrılmaz hissəsinə və bərabərhüquqlu üzvünə çevrilmişdir. Əlamətdar haldır ki, yəhudi əsilli vətəndaşlarımız respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edir, ümumi evimiz olan Azərbaycanın inkişafı və tərəqqisi naminə səylərini əsirgəmirlər.
Əziz dostlar!
Roş ha-Şana yeniləşmə, xoş müjdələr, mənəvi saflıq bayramıdır.
Bu əziz gün münasibətilə bir daha hamınıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!"



İlham Əliyev yəhudi icmasını təbrik etdi
Prezident pravoslav xristian icmasını təbrik etdi
Prezident pravoslav xristian icmasını təbrik etdi
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb
Prezident yəhudi icmasını təbrik etdi
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
İlham Əliyev xristian icmasını təbrik etdi
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
İlham Əliyev provaslavları təbrik edib
İlham Əliyev yeni prezidentləri təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 