Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.
ONN media müraciətin mətnini təqdim edir:
"Hörmətli tədbir iştirakçıları!
Sizi Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının Bakı şəhərində keçirilən 33-cü iclasında səmimiyyətlə salamlayıram.Azərbaycan MDB-nin fəal üzvü olmaqla bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edir.
MDB çərçivəsində təhlükəsizliyin və sabitliyin qorunması, əməkdaşlığın daha da gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.Hörmətli qonaqlar, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi hər bir hüquqi dövlətin ali məqsədini təşkil edir.
Bu baxımdan, prokurorluq orqanlarının qanunçuluğun və hüquq qaydasının təmin edilməsində və möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə müstəsna rolu vardır.
Transmilli mütəşəkkil cinayətkarlıq hər bir dövlətin sosial, iqtisadi və siyasi sabitliyi üçün ciddi təhlükədir. Müasir dünyada qlobal və regional təhlükələrin artdığı bir zamanda MDB iştirakçı dövlətlərinin prokurorlarının qarşısında yeni və mürəkkəb çağırışlar durur.
Bu təhdidlər beynəlxalq hüquq mühafizə potensialının artırılmasını, qanunsuz şəbəkələrin zərərsizləşdirilməsi üçün birgə fəaliyyət göstərməyi, ənənəvi və yeni, o cümlədən terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və digər cinayət növlərinin qarşısının alınmasını tələb edir.
Əminəm ki, birgə səyləriniz dövrümüzün neqativ cərəyanlarına vaxtında reaksiya verməyə, dövlətlərimizin və vətəndaşlarımızın etibarlı müdafiəsini təmin etməyə imkan verəcək.
Hesab edirəm ki, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcəkdir.Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm".



İlham Əliyev Daxili İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına müraciət ünvanlayıb
Bakıda MDB dövlətlərinin iclası keçirilir
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
Prezident iclas iştirakçılarına müraciət ünvanladı
Prezident MDB dövlətləri ilə bağlı sazişi təsdiqlədi
Prezident bu konfransın iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
Prezident İlham Əliyevin iclas iştirakçılarına müraciəti
Prezident sərgi iştirakçılarına müraciət ünvanladı
Putin Əliyevə məktub göndərdi
Prezident iştirakçılara müraciət ünvanladı
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 