Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706 min nəfər olub. Onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Ötən ilin avqustun 1-ə olan vəziyyətə görə isə, ölkədə 1 milyon 719 min nəfər muzdla çalışan işçi qeydiyyatda olub. Bu o deməkdir ki, müqavilə ilə çalışanların sayı 2022-ci ilin uyğun dövrünə nisbətən 13 min nəfər azalıb.
ONN media xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
“Məsələnin digər tərəfi işçilərin sayının azalmasının həm dövlət, həm də özəl sektorda müşahidə olunması ilə bağlıdır.
Müqavilə ilə çalışanların sayında azalma həmin müddətdə dövlət sektorunda 6 min, özəl sektorda isə 7 min olub”, - o deyib.
Bayramov qeyd edib ki, dövlət sektorunda işçilərin sayının azalması daha çox institutsional dəyişikliklər ilə bağlı olsa da, özəl sektorda əmək müqavilələrinin sayının azalmasının xüsusi təhlil edilməsi və monitorinqlərin gücləndirilməsi vacibdir:
“Belə ki, məşğulluğun daha çox özəl sektor hesabına formalaşdırılması əsas prioritetlərdən hesab olunur. Eyni zamanda, iqtisadiyyat ağardıqca özəl sektorda əmək müqavilələrinin sayının artması, qeyri-leqal məşğulluğun rəsmilləşdirilməsi çox vacibdir. Aydındır ki, bir sıra müəssisələrdə işçilərin heç də hamısı ilə əmək müqavilələri bağlanılmır və deməli, bu sahədə nəzarətin daha da gücləndirilməsi vacibdir.Son statistika sosial haqların faizinə yenidən baxılıb azaldılması və eləcə də dövlət sektorunda gəlirlərdə vergidən azad olunan məbləğin artırılmasını bir daha gündəmə gətirir. Məşğulluğun rəsmilləşdirilməsi üçün təşviqedici tədbirlərin genişləndirilməsi vacibdir. Bu xüsusən, məşğulluqda özəl sektorun lokomotivə çevrilməsi baxımından da əhəmiyyətlidir”.



Dövlət sektorunda çalışanların sayı azalır
Azərbaycanda bu işçilər 3500 manatdan çox maaş alır
Azərbaycanda orta maaş artdı - MƏBLƏĞ
Muzdla çalışanların sayı artıb?
Azərbaycanda muzdla çalışan işçilərin sayı artdı
Bu şəxslərin maaşı artdı
Bu şəxslərə ŞAD XƏBƏR- MAAŞLAR ARTDI
ŞAD XƏBƏR- Maaşlar artırıldı
Azərbaycanda bu işçilərin maaşları artıb
Azərbaycanda orta aylıq nominal əməkhaqqı artdı
Azərbaycanda yüksək maaş verilən sahələr hansılardı?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 