Rus sühməramlıların ölümünə görə işdən çıxarılan korpus komandanının kimliyi bilinib.
ONN media Musavat.com-a istinadən xəbər verir ki, MN 1-ci Korpusun komandanı Qiyas Abbasovdur.
Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq, atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.
Qiyas Abbasov Vətən müharibəsində yaxşı nəticələr göstərən Hikmət Həsənovun yerinə həmin vəzifəyə təyin olunub. 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.
Qeyd edək ki, polkovnik Abbasov Qiyas Abbas oğlu 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçılarındandır. Sentyabr ayının 27-dən Cəbrayıl, Zəngilan, Şuşa, Laçın və Hadrut uğrunda gedən döyüşlərdə torpaqların azad edilməsində iştirak edən polkovnik Q. Abbasov, Ali Baş Komandanın sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Cəbrayılın alınması uğrunda" və "Zəngilanın alınması uğrunda" medalları ilə təltif olunub.O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci korpusa komandan təyin olunub.O, bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, Rusiya mediası rus sülhməramlıların öldürülməsinə görə Azərbaycan istintaq orqanlarının bir şübhəlini saxladığını, onun tabe olduğu korpus komandirinin isə vəzifədən azad edildiyini yazıb.
Qeyd edək ki, ötən gün Canyataq kəndi yaxınlığında rus sülhməramlıların maşınının atəşə tutulması nəticəsində ikisi komandir müavini olmaqla, 5 sülhməramlı həlak olub.



Prezidentin təltif etdiyi polkovnikə YÜKSƏK VƏZİFƏ VERİLDİ
DSX generalının yerinə o təyin olundu
Qarabağa qanunsuz keçən vəzifəli şəxslər işdən çıxarıldı
Nazir şəhid qardaşlarına vəzifə verdi
Nazir rəisi İŞDƏN ÇIXARDI
Düşmənə qan udduran generalımız: Mais Bərxudarovun doğum günüdür
Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev KİMDİR?
Mədət Quliyevin müavini işdən çıxarıldı
Nazir Müharibə Qəhrəmanına vəzifə verdi
Heydərov işdən çıxardığı generalın yerinə onu təyin etdi
4 rayonun polis rəisi İŞDƏN ÇIXARILDI
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 