Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
ONN media xəbər verir ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştırakçı qismində görüşə qatılıb.
Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.
Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb.
Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.



Yevlaxda görüş: nələr müzakirə edildi?
"Cəbhədə qazandı indi növbə masadadır" - Dünya Yevlax görüşünü izləyir
Yevlaxda görüş başladı
Azərbaycan rəsmiləri Xocalıda ermənilərlə görüşdü
Separatçılar Yevlaxda görüşə razılaşdılar - PA
Qarabağ erməniləri Bakıya gələcək?
PA Xocalı görüşü ilə bağlı məlumat yaydı
Erməni nümayəndələr Xocalıya gəldi: növbəti görüş başlayır
İlham Əliyev sərəncam imzaladı
SON DƏQİQƏ: Separatçılar təslim oldu, döyüş dayanır
Prezident Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibini təsdiqlədi
İlham Əliyev sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 