Ermənistan Rusiya ilə müdafiə müqavilələrindən imtina edib, Hindistandakı özəl təşkilatlarla müqavilələr imzalayıb, 500 milyon dollar köçürüb, lakin müqavilədə nəzərdə tutulan silahların 5%-ni belə almayıb.
ONN media xəbər verir ki, bu barədə Ermənistanın “Joxovurd” qəzeti məlumat yayıb.
Nəşrin İrəvan və Moskvadakı mənbələrinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın SMERÇ tipli raketlər istehsal edən zavodu “NPO Splav” arasında müqavilə imzalanıb:
“Ona əsasən Rusiya zavodu Ermənistan üçün lazım olan raketləri istehsal etməli idi. Zavod Ermənistan Müdafiə Nazirliyinə bildirib ki, mallar çatdırılmağa hazırdır və onlar hərbi yükü qəbul etmək üçün mütəxəssislər göndərə bilərlər.
Bundan 1 il 3 ay keçsə də, Ermənistan Müdafiə Nazirliyi yükü hələ də gətirməyib. Malları götürmək üçün “NPO Splav” zavodu Ermənistanla 3 dəfə əlaqə saxlayıb, məhsullarını qısa müddətdə almaq xahişi ilə müraciət edib, çünki bu ölçüdə olan məhsulları anbarda uzun müddət saxlamaq mümkün deyil.
Bu qədər müraciətdən sonra belə İrəvan hərbi yüklərin daşınmasını təşkil etməyib.Bundan əlavə, 2020-ci il müharibəsindən sonra Rusiya Ermənistana 20 illik kredit müddəti ilə 1 milyard 400 milyon dollar dəyərində silah və sursat təklif edib və verməyə hazırdır.
400 milyon dollar məbləğində müqavilə artıq təsdiqlənib, müqavilələr imzalanmağa hazır idi. 1 milyard dollarlıq müqavilənin isə iki ölkənin hökumətləri və maliyyə nazirlikləri tərəfindən təsdiqlənməsinə sayılı günlər qalıb.
Lakin İrəvan birdən-birə bu müqavilələrdən imtina edərək, əvəzində Hindistandakı özəl təşkilatlarla müqavilələr bağlayaraq, 500 milyon dollar köçürüb. Lakin ödədiyi bu məbləğin qarşılığında silahların 5%-ni belə almayıb”.



Rusiya dağılmış erməni ordusunu qurur: Karapetyan “silah baronları” ilə birlikdə
Şoyqu ilə Arutyunyan Zəngəzuru müzakirə etdi
Ermənistan üçün partlamayan raketləri alan şəxs QANDALLANDI
Paşinyan sərhəd məsələsini rus generalla MÜZAKİRƏ ETDİ
Ermənistan ordusuna BÖYÜK İTKİ: 7 əsgər...
Putin Paşinyanla 6 saziş imzalandı - Siyahı
Şoyqu Arutyunyana zəng etdi
Rusiya və Ermənistan müdafiə nazirləri telefonda DANIŞDI
Rusiya XİN-dən sərhəddəki vəziyyətə MÜNASİBƏT
Şoyqu erməni nazirlə görüşdü
Azərbaycan və Ermənistan arasında ikitərəfli Komissiya yaradılacaq
Azərbaycan xüsusi təyinatlıları Ermənistan ərazisində diversiya keçirib? - RƏSMİ MƏLUMAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 