Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndi şəhərinə yola düşüb.
ONN media xəbər verir ki, onlar Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində bas vermiş yanğın və partlayışla əlaqədar axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirləri görəcəklər.
Eyni zamanda Xocalı şəhəri yaxınlığında səhra hospitalının qurulması üçün FHN-in 53 avtomobili heyəti və zəruri avadanlıqlarla birgə yola düşəcək.
Qeyd edək ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verən partlayışdan sonra qeydə alınan yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Azərbaycan dərhal hadisəyə reaksiya verib və yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.
Eyni zamanda Saatlı, Sabirabad və Ağdam xəstəxanaları zərərçəkənlərin kütləvi qəbulu məqsədilə sürətlə hazırlanaraq xəstələri qəbul etmək üçün Bakıdan briqadalar göndərilib.



PA Xankəndidəki partlayışla bağlı məlumat yaydı
Xankəndidəki güclü yanğın söndürüldü
Bakıdan Xankəndiyə növbəti yardım yola salındı
FHN Xankəndidə fəaliyyətə başladı
FHN 11 yanğınsöndürmə maşını Xankəndiyə göndərildi
"Maşın bazarı"nda yanğın oldu- MAĞAZALAR KÜLƏ DÖNDÜ
Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü
Nəsimidə yaşayış binasında yanğın olub
Yanacaq məntəqəsində partlayışın qarşısı alındı
Bakıda oteldə baş verən yanğından YENİ XƏBƏR
Yeni xilasetmə heyyəti Türkiyəyə yola salındı
Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 