3 il öncə - 44 günlük savaş sonrası, 10 noyabr bəyannaməsinə ağız büzən, aşağılayan, bəyənməyən, Qələbəmizi "yarımçıq" adlandıran və hakimiyyəti uduzmaqda, geri çəkilməkdə ittiham edən müxalifət sədrləri, İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digərləri, sizə səslənirəm.
Bu gün, məhz bu gün reallıq diktə edir ki, etiraf edəsiniz: Qarabağ bütöv, məhz sizin də təsvir etdiyiniz şəkildə azad olundu, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir.
Separatçı rejim darmadağındır, rəhbərləri həbs olunur. Bu, İlham Əliyevin böyük, çox böyük, hətta təsəvvür belə etmədiyimiz misilsiz böyük uğurudur, zəfəridir. Nəhayət, bunu dilə gətirin, dövlətimizi, ordumuzu, Ali Baş Komandanımızı təbrik edin! Çünki sizin qarşınıza qoyduğunuz, siyasi mübarizənizin qayəsi hesab etdiyiniz və sizi siyasətə gətirən məsələ - Qarabağ münaqişəsi həmişəlik həll olundu.
Sizin "edəcəyik", "edə bilərik" dediyiniz hər şeyi İlham Əliyev etdi, mümkünsüzü mümkün etməyi bacardı, adını tarixə yazdı və xalqımızın əbədi sevgisini, duasını, alqışını qazandı. Bunu demək, etiraf etmək, virtual da olsa, qalib rəqibin "əlini sıxmaq" siyasi mədəniyyət olardı, vətənpərvərlik olardı, ədalət olardı, kişilik və ləyaqət olardı.
Nə qədər gec deyil, edin bunu..



Mən bunu bilirdim ama demirdim- İlham Əliyev
Xankəndi, Xocalı və Xocavəndlə bağlı sərəncam imzalandı
İlham Əliyev Türkiyə parlamentinin nümayəndə heyətini qəbul etdi (YENİLƏNDİ)
İlham Əliyev: Döyüşçülərimiz daim mənim nəzarətim altında olacaqlar
İlham Əliyev Ərdoğanı təbrik etdi
Bu gün Azərbaycanda bu şəhərlərin günüdür
Döyüşlərdə iştirak edən hərbçilərə BÖYÜK DİQQƏT - Prezident BƏYAN ETDİ
İlham Əliyev kraliça II Elizabeti təbrik edib
Prezident və xanımı Xocalıya getdi
İlham Əliyev Azərbaycan xalqını TƏBRİK ETDİ
Zərifdən İlham Əliyevə: Sizin rəhbərliyiniz sayəsində...
İlham Əliyev: "Avropa İttifaqı ilə sıx şəkildə işləyirik"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 