2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Eka Tkeşelaşvilidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
ONN media məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident!
Sizi gözəl ölkənizin öz suverenliyini bərpa etməsi kimi tarixi nailiyyət münasibətilə təbrik edirəm. Bu hadisə həm də tarixi ədalətin bərpa olunmasıdır. Azərbaycan uzun illər işğaldan əziyyət çəkib, xeyli müddət yüz minlərlə vətəndaşınız öz evlərinə qayıda bilməyib.
Təqdirəlayiq haldır ki, dünyada qeyri-sabitliyin hökm sürdüyü bir vaxtda Sizin liderliyiniz və əzmkarlığınız sayəsində Azərbaycan suverenliyin və ərazi bütövlüyünün bərpa oluna, hüquqları pozulmuş insanların inamı özünə qaytarılmaqla işğala son qoyula və münaqişələrin həll edilə bilinəcəyi presedentini yarada bildi.
İşğalın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ehtiyacla üzləşdikləri böhranlı vaxtlarda Gürcüstan və Ukrayna kimi strateji tərəfdaşlara həmişə dəstək olub.Sizin Azərbaycanın bütün vətəndaşlarının təhlükəsizliyini və rifahını təmin edən, uğurlu multikultural və çoxmillətli cəmiyyət nümunəsi yaradan, eləcə də regional və qlobal təhlükəsizliyə töhfə verən siyasətinizin nailiyyətlərini görmək şərəfdir.
Sizə işlərinizdə uğurlar arzulayıram.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".



Kiril Qaburiçi İlham Əliyevi təbrik etdi
Türkiyənin sabiq XİN başçısı İlham Əliyevi təbrik etdi
İlham Əliyev Anatoli Torkunovu təbrik etdi
Yan Fişer İlham Əliyevə məktub göndərdi
Əli İnsanov İlham Əliyevə məktub göndərdi
İlham Əliyev Miloş Zemanı təbrik edib
İlham Əliyev Meksika prezidentini təbrik etdi
Macarıstanın baş naziri İlham Əliyevi təbrik etdi
Prezident finlandiyalı həmkarını təbrik etdi
İlham Əliyev Almaniya prezidentini təbrik etdi
İlham Əliyev Pakistan prezidentini təbrik etdi
İlham Əliyev İsveçrə Prezidentini təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 