Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, Bakıda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə "Xəzri-2023" birgə taktiki təlimi keçirilir.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Birgə taktiki təlimdə iştirak etmək üçün oktyabrın 2-də Qazaxıstan HDQ-nin hərbi gəmiləri və şəxsi heyəti Bakıya səfər edib.
Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. HDQ komandanı Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin hər iki ölkənin hərbi qulluqçuları arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, onların peşəkarlığının və hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyini bildirib.
Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək Azərbaycan-Qazaxıstan birgə taktiki təlimində müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra ediləcək.



Kontr-admiral Sübhan Bəkirov Pakistana getdi
Pakistan nümayəndələri Hərbi Dəniz Qüvvələrində
Azərbaycan və Qazaxıstan xüsusi təyinatlıları birgə təlim keçirəcək
Azərbaycan və Qazaxıstan hərbçiləri birgə təlimə başladı
Azərbaycan və Türkiyənin bu təlimi başa çatdı
Rusiyanın hərbi gəmiləri Bakıda - VİDEO
Azərbaycanda yüksək vəzifəyə təyinat oldu
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
Bakıda bu hərbiçilər mükafatlandırıldı
Azərbaycan və Türkiyə ordusu meydana çıxarılır
Azərbaycan-Türkiyə təlimi başa çatdı
Türkiyə ordusunun komandanlığı Azərbaycanda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 