Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, hazırda ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabrın 5-i gündüzədək davam edəcəyi gözlənilir.
ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.İdarə verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.
Yağışlı havada yol örtüyünün yaş olması səbəbindən avtomobillərin sürüşmə ehtimalı yüksək olduğundan sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməli və kifayət qədər ara məsafəsi saxlamalıdırlar.
Bununla yanaşı, nəqliyyat vasitələrinin sazlığına, o cümlədən şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, dövlət nömrə nişanlarını təmiz saxlamalıdırlar. Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.
Piyadalar da ehtiyatlı olmalı, səki ilə hərəkət etməklə avtomobil yoluna çıxmamalı, yolları onların rahat hərəkəti üçün ayrılmış piyada keçidlərindən keçməlidirlər.



DYP-dən hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
Hava şəraiti ilə bağlı DYP-dan müraciət
DYP bununla bağlı sürücülərə müraciət etdi
DYP-dən yağışlı hava ilə bağlı sürücülərə müraciət
DYP-dən əlverişsiz hava şəraiti ilə bağlı müraciət
DYP hava şəraiti ilə bağlı müraciət etdi
DYP-dən yağışlı hava ilə bağlı xəbərdarlıq
DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ
Yol polisi sürücülərə müraciət etdi
Yol polisi sürücülərə müraciət etdi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 