ONN İnformasiya Agentliyi

Netanyahunun müşavirinin qohumu girov götürüldü

Netanyahunun müşavirinin qohumu girov götürüldü
13-10-2023, 12:24

İsrail Baş naziri Benyamin Netanyahunun müşavirinin yaxın qohumu HƏMAS girovluğundadır.

ONN media xəbər verir ki, bu barədə Netanyahu özü açıqlamasında deyib.Baş nazir girov götürülən şəxsin adını açıqlamayıb.

Netanyahu HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu yəhudi xalqının tarixində ən qara və Holokostdan bəri ən müdhiş gün adlandırıb.

Baş nazir bu qruplaşmanın bütün üzvlərinin məhv ediləcəyini və HƏMAS-la danışıqların olmayacağını bildirib:

“Bu, evimiz uğrunda müharibədir və HƏMAS-ın məhvi ilə nəticələnməlidir”.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png