Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 19-da “Bahouddin Nəxşbəndi” memorial kompleksində olub.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, komplekslə tanışlıqdan sonra general-polkovnik Z.Həsənov "Buxara" ümumqoşun poliqonuna gəlib.Rəsmi qarşılanma mərasimi keçirilib. Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib.
Müdafiə nazirləri arasında əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, hər iki ölkənin mütəxəssislərindən ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra poliqonun fəaliyyəti, maddi və tədris bazası ilə tanışlıq olub. Burada qonaqlara hərbi qulluqçuların nümunəvi məşğələləri nümayiş etdirilib.Daha sonra qarşılıqlı hədiyyələr təqdim edilib və birgə xatirə şəkli çəkdirilib.Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.



Zakir Həsənov qazaxıstanlı həmkarı ilə görüşüb
Azərbaycan bu ölkə ilə müdafiə sazişi imzaladı
Həsənov pakistanlı generalla görüşdü
Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığa dair PLAN İMZALANDI
Zakir Həsənov Özbəkistana getdi
Zakir Həsənov Viktor Xrenin ilə görüşdü
Azərbaycan və Qırğızıstan Müdafiə Nazirləri görüşdü
Zakir Həsənov Qazaxıstana gedib
Azərbaycan və Türkiyə müdafiə nazirləri Ankarada görüşdülər
Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü
Zakir Həsənov Çin səfiri ilə görüşdü
Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirləri Gürcüstanda görüşəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 