8 noyabr - Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr - 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçiriləcək.
ONN media nazirliyə istinadən xəbər verir ki, “Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.
Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.
Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərinin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı qismində dəvəti planlaşdırılır.



Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Şuşada Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
Arif Məlikovun 85 illik yubileyi münasibətilə konsert təşkil olunacaq
Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Muğam Mərkəzində musiqi festivalı keçiriləcək
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək
27 sentyabrda hansı tədbirlər keçiriləcək?
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir
Sənə zəfər yaraşır- Ceyhun Bayramov
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 