Dünən saat 08:50 radələrində Kürdəmirdə ağır yol qəzası baş verib.
ONN media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə sürücü ilə yanaşı həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən 1947-ci il təvəllüdlü Ağdam rayon sakini Rəhimova Məlahət Əli qızı isə vəfat edib.
Qəzaya düşənlər bir ailənin üzvləridir. Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb.
Sürücü Zülfüqar İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl şəhidin xatirəsinə həsr edilmiş filmin təqdimatı olmuşdu. Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib. 26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
İsrafil İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.



Kürdəmirdə ağır qəza olub: Yaralananlar var
Kürdəmirdə AĞIR QƏZA: Avtomobil yanaraq külə döndü, bir ailənin 5 üzvü...
Ağdaşda DƏHŞƏTLİ QƏZA: Bir ailənin üç üzvü...
İmişlidə maşın kanala düşdü: 5 ölü - Siyahı
Hacıqabulda yol qəzası- Qadın sürücü...
Kürdəmirdə ailənin 6 üzvü xəstəxanaya çatdırıldı - BU SƏBƏBDƏN
Kürdəmirdə avtomobil aşıb
Ermənilərin yaraladığı 2 nəfər vəfat etdi
Kürdəmirdə yol qəzası: Avtomobil aşıb, yaralananlar var
Kürdəmirdə avtomobil aşdı: YARALI VAR
Azərbaycanda ağır yol qəzası baş verib- ÖLƏNLƏR VAR
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 