Qarabağda separatçı rejimin ləğv edilməsindən sonra əsas müzakirə mövzularından biri Ermənistanın silahlı qüvvələrinin bölgədə qalan hərbi texnikasının taleyinin necə olacağıdır.
ONN media xəbər verir ki, təslim olan separatçılar hərbi texnikanı Ermənistana apara bilməyib.
Özünü ləğv edən qondarma rejimin sonuncu “başçısı”Samvel Şahramanyan bildirib ki, ağır texnikanı Laçın postundan keçirə bilməyəcəkləri üçün Qarabağda qoymağa məcbur olublar.
Hazırda Azərbaycan ordusu və Rusiya sülhməramlıları bölgədə qalan silah-sursatın mühafizə edilməsi məqsədilə birlikdə postlar yaradır.
“Hraparak” nəşri isə yazır ki, hərbi maşınların bir hissəsini Ermənistana aparmaq mümkün olub. Bunu həyata keçirmək üçün separatçılar hiyləyə əl atıblar.
“Ordu” ləğv edildikdən sonra hərbi maşınların nömrələri çıxarılıb, yerinə mülki nömrələr qoyulub və erməni əhalisinin bir qismi həmin maşınlarda Ermənistana aparılıb”, - nəşr yazır.
Mülki nömrəli avtomobillərdə mülki əhali olduğu üçün Azərbaycan hərbçiləri onların keçidinə şərait yaradıb.
Nəşr qeyd edir ki, Qarabağdan çıxara bilmədikləri texnikanın bir qismi məhv edilib: “Bəzi texnikalar partladılaraq, sıradan çıxarılıb. Azərbaycanın nümayiş etdirdiyi silahlar döyüş vaxtı ələ keçirdikləridir. Qalan texnika isə sülhməramlılara təhvil verilib”.
Qeyd edək ki, erməni hərbçilərin yüngül silahları, xüsusilə avtomat və tapançaları Ermənistana apara bildiyinə dair məlumatlar var.



Xankəndidən qaçanlar Bakıya qarşı nə planlaşdırır? - Bu gün təxribat olacaq
Azərbaycan polisindən Xankəndidə erməni sakinlərə jest
Bakı sərhəddə qoşun yığır- NƏ BAŞ VERİR?
Ermənilər Xankəndindən belə çıxarılır
Separatçılar qərar çıxarır: Xankəndidə ermənilər evləri təhvil verəcək
Ermənistanda çağırışçılar artıq Qarabağa göndərilmir
“Komandir” etiraf etdi: Qarabağda silahlar gizlədilib
SON DƏQİQƏ: Separatçılar təslim oldu, döyüş dayanır
Xankəndidə hərbi vəziyyət elan olundu
3 milyonluq türk ordusu Qarabağa girəcək – İrəvan QORXU İÇİNDƏ
Fransadan Ermənistana DAHA BİR ZƏRBƏ
İran Rusiyadan alacağı hərbi texnikanı açıqladı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 