Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat məhkəməyə çıxarılıb.
ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə ifadələri alınan Dilan Polat, Engin Polat və Sıla Doğu da daxil olmaqla 12 nəfərin həbsinə, 6 nəfərin isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verilib.
Xatırladaq ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.
İlkin məlumata əsasən, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar. Bildirilir ki, Anadolu Baş Prokurorluğu Engin Polat və Dilan Polat haqqında “Cinayətdən əldə edilən gəlirlərin yuyulmasının qarşısının alınması, Vergi Prosessual Qanunu ilə futbol və digər idman yarışlarında mərc və şans oyunlarının tənzimlənməsi” cinayətlərinə görə istintaq başladıb, onlara məxsus şirkətlərdə aparılan axtarışlar zamanı rəqəmsal materiallar və noutbuklar götürülüb.
Bir müdddət öncə Dilan Polatla ərinin var-dövləti müsadirə edilib. İkiliyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.
Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var



Dilan Polat və əri saxlanıldılar
Qaldıqları həbsxanalarını ayırdılar
Həyat yoldaşı azadlığa buraxılan Dilan Polat "Enerci"ni oxudu
Dilan Polat azadlığa buraxılır
Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava etdi
Məhkəmə qərar verdi! Engin və Dilan Polat cütlüyü vergi cinayətinə görə bəraət aldı
Dilan Polat həbs olundu
Dilan Poladın əri azadlığa çıxdı
Zəngin cütlüklə bağlı yeni detallar üzə çıxdı
Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Məşhur blogerin həbsxanadan fotosu yayıldı
Həbsdə olan Dilan Polat: "Gərək o paylaşımları etməzdim, çox peşmanam"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 