Elm və Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Laçında Bayraq yürüşü keçirilir. 2014-cü ildən etibarən keçirilən Bayraq yürüşü bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir.
ONN media xəbər verir ki, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar Laçında keçirilən yürüşdə Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış Şanlı Qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi Bayraq yürüşü təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.



“Bayraq yürüşü” keçiriləcək
Laçında bayraq yürüşü keçirilir
Horadizdə "Bayraq yürüşü" keçirilib
Füzulidə “Bayraq yürüşü” keçirildi - Foto
Şəhid ailələri və qazilərə bu vergi güzəştləri ediləcək
Bazardüzündəki yüksəkliyə “Zəfər zirvəsi” adı verildi - RƏSMİ
Laçında əmək yarmarkası keçirilib
Vətən müharibəsi şəhidlərinin yeni siyahısı
17 dekabr Müdafiə Sənayesi Nazirliyinin işçilərinin peşə bayramıdır
Bakıda Zəfər yürüşü başladı
Vətən müharibəsində şəhid olmuş hərbçilərin yeni siyahısı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 