Laçın şəhərində tikilən evlər, orda iş şəraiti, əcnəbilərə verilən külli miqdarda maaş və s. ilə bağlı şikayətlər getdikcə artmaqdadır.
Laçın – bu xalqın 30 illik həsrətidir, Zəfərimizin ünvanıdır, Ordumuzun qüdrəti, qürurumuzu özümüzə qaytaran məkandır. İşğaldan azad edilən ərazilərdə əhalinin məskunlaşması, bu onillərlə dağıdılan, yerlə-yeksan edilən torpaqlara insan nəfəsinin qayıtması dövlətin əsas prioritetidir. Azərbaycanın az qala bütün iqtisadi potensialı bu ərazilərin qurulmasına, abadlaşmasına səfərbər olunub və heç də adi qaydada yox.
Prezident İlham Əliyev kəndlərin, qəsəbələrin, şəhərlərin özülünü qoyur, hər bir kəndin, qəsəbənin, şəhərin geniş küçələr, ekzotik evlərlə qurulmasına çalışır, ekoloji təmiz region yaratmağa köklənib. İlham Əliyevin Qarabağa vaxtaşırı səfərlərini, ordakı çıxışlarını izləmək kifayətdir ki, onun 17 min kv.km ərazini ecazkar bir məkana çevirmək, burada cənnət yaratmaq istədiyini müşahidə edəsən.
Laçının, Şuşanın bərpasından yayılan fotolar, evlərin, mənzillərin bərpasını əks etdirən görüntülər də bunu təsdiqləyir. Ədalətli danışsaq, bu təbiət gözəlliyi ilə həmahəng bərpa güvənc və fəxarət yerimizdir və ədalət naminə o gözəllikləri əks etdirən fotoları da təqdim edəcəyik.
İşğaldan azad edilən Qarabağ sözün hər mənasında cənnətməkana çevrilir. Məhz bu ərazidə heç bir tənqid, heç bir üzücü informasiya ola bilməz, olmamalıdır və buna imkan verilməməlidir!
Günlərdir tənqidlər başlayıb: evlərin keyfiyyətsizliyi iddia edilir, yeni təmirdən çıxan mənzillərin divarlarının suvaqlarının əl vuran kimi uçduğu bildirilir – mütləq şəkildə rəsmi açıqlama olması, o iddianı səsləndirənlərlə birgə ictimai səfər, iddia edilən faktın yerindəcə araşdırılması vacibdir.
Bu əraziyə Prezident hər il milyardlarla vəsait ayırır, milyardlarla: burda bəzi evlərin bərpası üçün xaricdən mütəxəssis gətirilir və aylarla bəzən bir aynabəndin şəbəkəsi işlənir. Bütün bunlar Qarabağın təbii ecazkarlığının evlər, binalar, yollar, küçələr, bağlar-bağçalarla... vizual tamamlanması üçün edilən fədakarlığın bir ayrı adıdır.
Heç kəsə imkan vermək olmaz ki, Qarabağa ayrılan milyardların təyinatdan kənar xərcləndiyi və yaxud hansısa yeyinti olduğu haqda təsəvvür yaratsın. O torpaqlara axan şəhid və qazi qanları hələ qurumayıb; o torpaqların həsrəti ilə qovrulanların böyük əksəri hələ oraları ziyarət edə bilməyib. Onların – elə hamımızın təsəvvüründə tamamilə fərqli statusda olan yurd yerlərimiz haqda bu nə iddialardır?
İddia və ittiham ünvanı – yeri gəlmişkən, niyə “Bakı Abadlıq” şirkətinin adı hallanır? – cavab verməyə, bu təsəvvürlərin yayılmasının qarşısını almağa niyə tələsmir?



Laçında tikilən ev heyran etdi
Daha 13 ailə Laçına yola salındı
Xanlıq-Qubadlı yolunun təməli qoyuldu
Laçının daha 81 sakini doğma yurduna qayıdıb
Daha 63 nəfər doğma yurduna qayıdıb
İlham Əliyev bu şirkətləri Qarabağa dəvət etdi
Laçına qayıdışla bağlı rəsmi məlumat
Prezident Laçınla bağlı qərar imzalandı
Daha 53 sakin Laçına qayıtdı
Bu tariximizin zəfəridir- İlham Əliyev
Laçının daha 58 sakini doğma yurda yola salındı
Növbəti köç karvanı Laçına çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 