Avro-2024-ün seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və İsveç millilərinin start heyətləri bəlli olub.
ONN media xəbər verir ki komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov
Baş məşqçi: Canni De Byazi
İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres
Baş məşqçi: Yanne Anderson
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 21:00-da start götürəcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.
***
Bakı vaxtı ilə saat 21:00-da matç start götürüb.
***
Qarşılaşmanın 3-cü dəqiqəsində millimizin oyunçusu Emin Mahmudov hesabı açıb: 1 - 0
***
6-cı dəqiqədə Renat Dadaşov komandamıza növbəti qolu qazandırıb: 2 - 0
***
89-cu dəqiqədə Emin Mahmudov növbəti dəfə fərqlənərək 3-cü qolu rəqibin qapısından keçirib: 3 - 0
***
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.
Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək



Serbiya və Azərbaycan yığmalarının start heyətləri açıqlandı
Azərbaycan yığmasının heyyəti açıqlandı
Azərbaycan Slovakiyanı son dəqiqə qolu ilə məğlub edib
Millimiz Estoniyaya qarşı- YENİLƏNİB
Azərbaycan və İrlandiya yığmalarının start heyətləri açıqlandı
Kipr və Azərbaycan yığmalarının start heyətləri açıqlandı
Yığmamızdan böyük uğur
Millimiz Moldovaya ikinci qolunu vurdu
"Qarabağ" və "Ferentsvaroş" start heyyəti açıqlandı
Qarabağ-Lex oyununda hesab açıldı
"Nant" və "Qarabağ"ın start heyyətləri açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 