İsrailin Azərbaycandakı səfirliyinin binasına terror hücumuna cəhd edən şəxs tərksilah edilib. Bu artıq neçənci belə cəhddir.
Mövcud HƏMAS-İsrail gərginliyinin davam etdiyi bir zamanda hadisənin arxasında İranın olması ehtimalı artır. İranla danışıqların getdiyi, prezidentlərin yenicə görüşdüyü bir vaxtda bu olay suallar doğurur.
Xatırladaq ki MOUZE Teleqram kanalı hadisə ilə bağlı maraqlı versiya səsləndirib. Kanal bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edənin soyadı Hüseynzadə idi. Qeyd edilib ki, İsrailin Bakıdakı səfirliyinə silahlı hücumu planlaşdılran şəxsin də soyadı Hüseynzadədir.
“Bu, təsadüf deyil. Hər iki terrorun “Hüseyniyyun” qruplaşması ilə əlaqəsi var” – MOUZE bildirib.
Xatırladaq ki, “Hüseyniyyun” terror təşkilatı kimi tanınır.
Maraqlıdır, bu terror cəhdləri sonda baş tuta bilərmi? İran, ona bağlı terror təşkilatları niyə məhz İsrailin Bakıdakı səfirliyini hədəf götürür?
Axar.az xəbər verir ki, politoloq Qabil Hüseynli Globlinfo.az-a açıqlamasında İran-Azərbaycan münasibətlərinin heç vaxt əvvəlki kimi olmayacağını bildirib:
“İki ölkə arasında münasibətlər hazırda normallaşma mərhələsinə daxil olub. Lakin bu proses yekunlaşsa belə, Bakı ilə Tehran əvvəlki kimi münasibətlər sistemi qura bilməyəcək.
İran az qala hər il sərhədlərimizdə təlim keçirir. Bu da azmış kimi, “Səhər” telekanalı başda olmaqla, SEPAH-a bağlı Teleqram kanalları Azərbaycanı təhdid edir.
İki ölkə arasında qarşılıqlı iqtisadi maraqlar var. Bu baxımdan münasibətlər birdəfəlik dayandırıla bilməz. Lakin siyasi münasibətlərdə etimadsızlıq davam edir. Xüsusilə rəsmi Tehranın Azərbaycanda dini ideologiya üzərindən apardığı yumşaq güc siyasəti Bakını narahat edir. Məhz buna görə də Azərbaycan tərəfi ölkə daxilində vaxtaşırı İran agentura şəbəkəsinə qarşı əməliyyatlar keçirir.
Hesab etmək olar ki, İsrail səfirliyinə hücum etməyə çalışarkən yaxalanan şəxslər də məhz ölkəmizdəki İran agenturasına bağlı “Hüseyniyyun” terror təşkilatının üzvləridir.
Ümumilikdə mən bu cəhdlərin yekunda nə iləsə nəticələnəcəyini düşünmürəm. Azərbaycanda diplomatik korpuslar, səfirliklər yüksək səviyyədə mühafizə edilir. Azərbaycan xüsusilə bu məsələdə Vyana Konvensiyasının tələblərini çox ciddiyə alır”



Bakıda hansı səfirliyə hücuma cəhd edilib?
Azərbaycanın terror hücumuna məruz qalan İrandakı səfirliyi nə zaman açılır?
Tehrandan səfirliyimizə hücumla bağlı gülünc açıqlama
SON DƏQİQƏ: Azərbaycanın İrandakı səfirliyinə hücum oldu- ÖLƏN VAR
Şəhidimiz dəfn edildi
Orxan Əsgərov Bakıda dəfn olunacaq
Orxan Əsgərovla vida mərasimi keçirilir
İsrailin şərtləri nədir?- XİN AÇIQLADI
İsrail ordusu HƏMAS-ın bu hədəflərini vurdu
Şəhidimizin nəşi evinə aparıldı
Azərbaycan səfirliyindəki hadisə ilə bağlı məhkəmə nə vaxt keçiriləcək?
Səfirliyə hücum edən şəxsin kimliyi bəlli oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 