Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 81 nəfər köçürülüb.
ONN media xəbər verir ki, Laçına gedənlər arasında tanınmış aktyor Rauf Şahsuvarov da olub.
Kameramıza tuş gələn aktyor əməkdaşımıza bildirib ki, Laçında işləyəcək.
Qeyd edək ki, aktyor 1991–1992-ci illərdə Arif Paşayevin komandiri olduğu Azərbaycanda olan ilk nizami alayın – Laçın alayının tərkibində Qarabağ müharibəsində iştirak edib.
Rauf Şahsuvarov hazırda Bakı Uşaq teatrında işləyir. İşlədiyi illər ərzində teatrda bir neçə tamaşanın quruluşçu rejissoru olub və müxtəlif rollar oynayıb.
Aktyor “O dünyadan salam”, “Lal”, “Yol yoldaşları”, “QAZ”, “Kəndim+nizə qayıdın!?”, “Sübhün səfiri”, “Oğlan evi 2”, “Hoqqa”, “Sən demə” filmlərində, “Pərvanələrin rəqsi”, “Sonuncu fəsil”, “Qız atası”, “Vicdan haqqı”, “Əqrəb mövsümü” seriallarında yaddaqalan obrazlar yaradıb.



Laçına növbəti köç karvanı yola düşdü
Daha 23 ailə Laçına köç edir
Daha 80 nəfər Laçına yollandı
Daha 18 ailə Laçına yola salındı
Növbəti köç karvanı Laçına çatdı
Bu gün daha bir neçə ailə Laçına yola salınıb
Daha 18 ailə Laçında öz evinin açarını təhvil aldı
Evində ölü tapılan aktyor görün kim imiş
Daha 13 ailə Laçına yola salındı
Daha bir neçə ailə Laçına yola salındı
Daha 21 ailə Laçına yola salındı
Tanınmış aktyor səhnədə HƏYATINI İTİRDİ
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu 