Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bu gün və sabah ölkə ərazisində hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
ONN media xəbər verir ki, nazirlik güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə edib.
"Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Həmçinin, ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!", - məlumatda qeyd olunub.



Nazirlikdən qeyri-sabit hava ilə bağlı daha bir xəbərdarlıq
Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
FHN əhaliyə müraciət etdi
Hava dəyişir: əhaliyə müraciət edildi
Əhaliyə bununla bağlı xəbərdarlıq edildi
Nazirlikdən əhaliyə xəbərdarlıq: Bunlara riayət edin!
FHN əhaliyə XƏBƏRDARLIQ ETDİ
Nazirlikdən yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
FHN-dən hava xəbərdarlığı
Nazirlikdən hava xəbərdarlığı: leysan, güclü külək...
Hava şəraiti ilə əlaqədar əhaliyə daha bir XƏBƏRDARLIQ
Nazirlikdən XƏBƏRDARLIQ- Həyatımız üçün təhlükədir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 