Bu il sentyabrın 20-də İran parlamenti lehinə 152, əleyhinə 34 səs olmaqla hicab haqqında yeni qanun layihəsini təsdiqləyib və onun üç illik sınaq tətbiqinə razılıq verib.
Daha sonra İran qanunvericiliyinə uyğun olaraq, qanun qəti olaraq təsdiqlənmək üçün “Şoura-ye Negəhban” adlanan Nəzarət Şurasına təqdim olunub. Lakin gözlənilənin əksinə olaraq, fəqih və hüquqşünaslardan ibarət Nəzarət Şurası təqribən bir aylıq araşdırmadan sonra onu təsdiq etməyib və oktyabrın 24-də yeni hicab qanununu öz irad və etirazları ilə birlikdə parlamentə qaytarıb.
Noyabrın 25-də isə hicab qanununa Nəzarət Şurasının iradlarının tam mətni İran mətbuatında dərc edilib. Həmin mətndən aydın olur ki, Nəzarət Şurası hicab qanununa bütövlükdə 142 irad bildirib. Bunlardan 78-i qanunun ayrı-ayrı müddəalarındakı anlaşılmazlıqlarla bağlıdır. Yəni qanun hüquqi sənəd kimi mükəmməl deyil və birmənalı şəkildə anlaşılmır. Lakin daha maraqlı məqam odur ki, Nəzarət Şurasının rəyinə görə, qanunda 22 yerdə ölkə Konstitusiyasına, 10 yerdə şəriətə, beş yerdə isə İslam Respublikasının ümumi siyasətinə uyğun olmayan müddəalar yer alıb.
Qanunda şəriətə zidd olan maddələrin öz əksini tapması xüsusi diqqət çəkir və ona dəlalət edir ki, qanunun məqsədi heç də bəyan olunduğu kimi islam dininin norma və prinsiplərinə əməl etmək deyil, mövcud siyasi quruluşu və teokratik rejimi qorumaqdır



İranda buna görə iş yerləri bağlandı
İran DİN bəyanat yaydı, xalqı hədələyərək nə dedi?
İranda bu qadınlara tibbi yardım göstərilmir
İranda yenidən xəbərdarlıq edildi
İran hicaba görə bu şəhərdə onlarla iş yerini bağladı
İranda qadına qarşı qandonduran addım
İranda hicabsızlara qarşı hansı cərimələr təyin olundu?
İranda əxlaq polisinin döydüyü yeniyetmə qız öldü
Girov qadınların aqibəti necə olur?
Məşhur əyləncə parkı bağlandı
İranda sistem çökür?- Hicab qadağası...
Mirziyayev hicaba qoyulan qadağanı ləğv etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 