Xüsusi təyinatlı təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslərlə daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə bağlanacaq.
ONN media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, bu müqavilədə şəxslərin təhsilini başa vurduqdan sonra 7 il müddətində daxili işlər orqanlarında xidmət keçmək vəzifəsi nəzərdə tutulacaq. Təhsili başa vurduqdan sonra daxili işlər orqanlarında xidmət keçmək istəməyən, yaxud həmin müddətə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən çıxan şəxslərin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsində onların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi müəyyənləşəcək.
Qeyd olunan müqavilənin forması və çəkilmiş xərclərin hesablanma qaydası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası tərəfindən müəyyən ediləcək.
Daxili İşlər Nazirliyi xüsusi təyinatlı ali təhsil müəssisəsində bakalavrların hazırlanmasına çəkilmiş xərclər daxili işlər orqanlarında xidmətkeçmə haqqında müqavilə ilə müəyyən edilmiş müddətdə könüllü ödənilmədikdə məhkəmə qaydasında tutulacaq.



Prezident bu qanunu təstiqlədi
Azərbaycanda 51 polis işdən çıxarılıb - RƏSMİ
Nazirlik mülki işçilər axtarır
Daxili işlər orqanlarında yeni təyinat
DİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ
DİN işçi axtarır
Eyvazov generalı vəzifəsindən azad etdi
Azərbaycanda bu qurumlar LƏĞV EDİLDİ - ƏMR
Nazir daha bir polkovniki işdən çıxardı
Polis rəisi yeni vəzifəyə təyin edildi
Daxili İşlər Nazirliyində kadr dəyşikliyi oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 