“Xanım xahiş edib maşını saxlatdı. Dedi ki, bir dəqiqəyə gəlirəm, sonra geri qayıtmadı”.
Bu sözləri qadının uşağını “unudub” getdiyi taksinin sürücüsü Eldəniz Tanarverdiyev deyib.
O, hadisənin təfərrüatı barədə danışıb. Qeyd edib ki, qadının gəlmədiyini gördükdən sonra dərhal polis əməkdaşlarına məlumat verib:
“Hadisə ötən gün baş verib. Xanımı övladı ilə bərabər təxminən 18:30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində götürdüm. Sifariş Masazır dairəsinə idi. Yol tıxac idi. Təxminən 19:40-da “Şamaxinka”da, hospitalın yanında idik. Xanım birdən maşını saxlamağımı xahiş etdi, bir dəqiqəyə gələcəyini bildirdi. Uşaq anası gedən kimi ağlamağa başladı. 20 dəqiqə gözlədim, lakin geri qayıtmadı. Dərhal polisə zəng vurub, məlumat verdim”.
Sürücü xanımın əlaqə nömrəsinin olmadığını da bildirib:
“Xanımın telefonu da yox idi. Sifarişi edən nömrəyə zəng vurdum, zəngi bir şəxs açdı. Bildirdi ki, xanım yolda ona müraciət edib, telefonu olmadığını, taksini Masazır dairəsinə sifariş etməyini xahiş edib.
Onun pulu olmasaydı da, mən ondan heç vaxt pul istəməzdim. İnsanlıq halıdır. Uşağı evə apara bilərdim. Amma xanımı sonradan tapa bilmərəm deyə polisə bildirdim”.
“Yolboyu uşaqla kobud rəftar etmirdi. Düşünürəm ki, imtina etsəydi, Bakıxanovda qoyardı. Xanımın düşdüyü yerə arxasınca gedə bilmədim. Çünki uşağı tək qoya bilmirdim. Maşın da yolun ortasında qalmışdı. Başqa yerə sürmürdüm ki, yeri itirməsin. 2009-cu ildən taksi sürücüyəm. Təcrübəm var. Uşağı polisdən başqa heç kimə etibar edə bilməzdim. Uşaq indi sığınacaqdadır”, - deyə E.Tanarverdiyev əlavə edib



16 yaşlı oğlan evdən çıxdı, geri qayıtmadı - BAKIDA
Xanım taksi sürücüsü ilə maraqlı reportaj
Bakıda taksi sürücüsü saxlanıldı: xanım sərnişini...
Prezidentə müraciət etdi, bank borcu silindi
İttiham olunan Aşıq Namiq danışdı: "Xanım yeddi-səkkiz aydır mənə deyir ki.."
Azərbaycanda İNSANLIQ DRAMI: Uşağı qonşuya qoyub getdi, geri qayıtmadı
Bakıda taksi sürücüsü sərnişini maşında gözlədib intihar etdi
Eks sevgilisinə 18 min dəfə zəng edən şəxs HƏBS OLUNDU: Qeyri-adi HADİSƏ
Naməlum zəng: Zelenskiyə sui-qəsd ediləcək
Bakıda polis rəisinin sürücüsündən azyaşlı qıza qarşı ƏXLAQSIZ HƏRƏKƏT
Xanım sürücü idarəetməni itirdi, maşın duz gölünə aşdı: üç azyaşlı övladı xəsarət aldı
Məşhur aktyor həbs olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 