Türkiyənin ticarət naziri Ömər Bolatın başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
ONN media xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Türkiyəli nazir şəhidlərin ruhunu hörmətlə anıb və bildirib ki, onların 105 il öncə göstərdiyi şücaət və qəhrəmanlığın nəticəsi olaraq bu gün də Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri uğurla davam edir.
Sonra Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyini, sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan qəhrəman və fədakar türk qardaşlarımızın əziz xatirəsi anılıb, abidənin önünə əklil qoyulub, gül dəstələri düzülüb.



Hulusi Akar Azərbaycanda səfərdədir
Fransalı nazir Şəhidlər Xiyabanını ziyarət edib
Nauseda Şəhidlər xiyabanını ziyarət etdi
Tokayev Şəhidlər Xiyabanını ziyarət etdi
Taro Kono Şəhidlər xiyabanını ziyarət etdi
Tokayev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu
Fuat Oktay Ulu Öndərin məzarını ziyarət etdi
Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını ziyarət etdi
İtaliya prezidenti Şəhidlər xiyabanını ziyarət etdi
Lukaşenko şəhidlər xiyabanını ziyarət etdi
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
Türkiyənin yeni səfiri Fəxri xiyabanı ziyarət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 