Prezident İlham Əliyev Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
ONN media xəbər verir ki, qanuna əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.
Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Şuşa rayonunun tabeliyindən Xocalı rayonunun tabeliyinə verilib.
Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndləri ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin dövlət mülkiyyətində olan 139 ha torpaq sahəsi, habelə ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin dövlət mülkiyyətində olan 1 025 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.
Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Yuxarı Məzrə kəndinin dövlət mülkiyyətində olan 329 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.
Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndi ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.
Ləğv edilərək ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Alıcan kəndinin dövlət mülkiyyətində olan 384,0 ha ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Xocavənd rayonunun inzibati ərazisinə verilib.
Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Ağdam rayonunun inzibati ərazisinə verilib.
Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Qubadlı rayonunun inzibati ərazisinə verilib.



Bu ərazilər Xocavəndə verilir
Prezidentdən bu rayonlarımızla bağlı QƏRAR
Azərbaycanda 1 qəsəbəyə şəhər, 2 kəndə qəsəbə statusu verildi
Azərbaycanda bu qəsəbə şəhər oldu
Şərurun kəndi Sədərəyin tərkibinə verilir
Azərbaycanın rayonlarında kənd və qəsəbə adları dəyişdirildi
Bu rayonlar LƏĞV EDİLDİ - QANUN
Saqiyan kəndi Günəşli kəndi adlandırıldı
Bu kəndlərin adı dəyişdirildi - Prezident İMZALADI
İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır
SON DƏQİQƏ: İşğaldan azad edilən iki kəndin ADI DƏYİŞDİRİLDİ
İlham Əliyev sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 