Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Keçirilən tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar.
Xidmət müddəti başa çatan əsgərlər isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildiriblər. Hərbi xidmətdə olduqları müddət ərzində əldə etdikləri müsbət keyfiyyətlərin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini bildiriblər.
Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya mükafatlar təqdim edilib.
Tərxis olunan hərbi qulluqçularla xatirə şəkilləri çəkdirildikdən sonra onlar yaşadıqları bölgələrə yola salınıblar



Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Hərbi xidmətə çağırışla bağlı sərəncam
Bu hərbi qulluqçular ordudan təxris olundu
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam
Prezident hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
Hərbi xidmətə çağırış başladı
Həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
İlham Əliyev hərbi xidmətlə bağlı SƏRƏNCAM İMZALADI
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Azərbaycanda hərbi xidmətə çağırış başlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 