Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta Vatsap tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edib.
ONN media xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.
"Belə ki, saxta Pink Vatsap, Vatsap+ kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən “mining” və ya “proxy” kimi istifadə edilmək məqsədi ilə yaradılır.
Təəssüflə bildirmək lazımdır ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin 26 aprel 2021-ci il tarixində (https://t.me/certgovaz/12) etdiyi xəbərdarlığa baxmayaraq, saxta Votsap tətbiqlərinin istifadəsi vətəndaşlar arasında artmaqda davam edir. Bunu “Kasperski Laboratoriya”sının oktyabr 2023-cü il tarixi üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta Vatsap tətbiqi yükləyənlərin sayına görə 45,64% ilə regionda ilk yerdə olması vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir", - açıqlamada qeyd olunub



Bu saytlarla kommunal ödənişlər etməyin! - Xəbərdarlıq
Dövlət Xidməti sosial şəbəkə istifadəçilərinə XƏBƏRDARLIQ ETDİ
Bank kartları ilə bağlı - VACİB XƏBƏRDARLIQ
"Whatsapp"la bağlı XƏBƏRDARLIQ
Bu telefonlarda Vatsap işləməyəcək
Saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq
Vatsapdan növbəti YENİLİK
Bu telefonlardan istifadə edənlərin NƏZƏRİNƏ
Sosial şəbəkə 400 min nəfəri bloka atdı - Maraqlı SƏBƏB
"Whatsapp"da İNANILMAZ HİYLƏ: sizə göndərilib silinən mesajlar...
Sizə zəng edib bu məlumatları soruşsalar... - XƏBƏRDARLIQ
Saxta lotereya ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 