Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın yanvarın 9-da rəsmi qarşılanma mərasimi olub.
ONN media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verdi.
Prezident Şeyx Məhəmməd bin Zayed Ən-Nəhyan Azərbaycan əsgərlərini salamladı.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Ən-Nəhyanın qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.



İlham Əliyev BƏƏ-yə gedib
İlham Əliyev BƏƏ Prezidentinə başsağlığı verdi
İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub -YENİLƏNİB
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik etdi
Japarovun rəsmi qarşılanma mərasimi oldu
Prezident BƏƏ-nin Vitse-prezidenti və Əbu-Dabi Əmirliyinin Vəliəhdinə başsağlığı verib
İmaməli Rəhmanın rəsmi qarşılanma mərasimi oldu
Ərdoğanın rəsmi qarşılanma mərasimi oldu
Litva Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dövlət başçısı BƏƏ Prezidentinə başsağlığı verdi
İraq prezidentinin rəsmi qarşılanma mərasimi oldu
Ərdoğanın Zəngilanda qarşılanma mərasimi keçirildi - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 