Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb.
Qurumdan ONN media-ya verilən məlumata görə, araşdırmanın nəticəsinə uyğun olaraq, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbəhi növü olaraq töhmət verilib, həmçinin Təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb.
Eyni zamanda həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib.
Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya şöbəsinə köçürülüb. Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub.
Qeyd edək ki, sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılması və bundan sonra Təcili Tibbi Yardım çağırıldığı halda əraziyə təcili tibbi maşınının gəlmədiyinə dair məlumat yayılmışdı



TƏBİB gücləndirilmiş iş rejiminə keçdi
TƏBİB bu rayonlardakı xəstəxanaları yoxlayır
Hadı Rəcəbli vəfat etdi
“Pişikdən qorxubsa, “bismillah” desin” sözünə görə cəzalandırıldı - SƏS YAZISI
Xırdalanda partlayışda yaralananların son durumu necədir?
İşçiləri seçkiyə təcili yardım maşını ilə gedən baş həkim CƏZALANDIRILDI
Bakıda lift qırıldı- Xəsarət alanlar var
Məktəbdə zəhərlənmə: şagirdlər xəstəxanaya yerləşdirildi
TƏBİB-dən 5 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Nənənin küçəyə atdığı körpələrin vəziyyəti açıqlandı
Təcili yardım gücləndirilmiş iş rejiminə keçir
TƏBİB gücləndirilmiş iş rejiminə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 