General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib.
ONN media xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olub.
Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı altında aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.
Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi verilib.
Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.
24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
2016-cı ilin aprelində və 2020-ci ildə Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olub.
Müasir Azərbaycanın sevilən generallarından olan Hikmət Mirzəyev Vətən müharibəsi zamanı Cəbrayıl rayonu və Şuşa şəhərinin azad edilməsi əməliyyatına başçılıq edib. Onun rəhbərliyi altındakı xüsusi təyinatlı qüvvələrimiz yalnız atıcı silahlarla və əlbəyaxa döyüşlə Şuşanı düşməndən azad ediblər.
General Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin ən güvəndiyi sərkərdələrdən biridir. Məhz Cəbrayıl rayonunun işğaldan azad edilməsindən dərhal sonra Prezident İlham Əliyev Hikmət Mirzəyevə zəng edərək, onu təbrik etmişdi.



Hikmət Mirzəyev Zakir Həsənovun müavini təyin edildi?
General Hikmət Həsənovla bağlı ƏMR VERİLDİ
Hikmət Mirzəyevin keçmiş vəzifəsini icra edən Akif Pirverdiyev KİMDİR?
Prezident bu generalları TƏLTİF ETDİ
İlham Əliyevdən generallarla bağlı QƏRAR
Prezident bu generalları təltif etdi
Prezidentdən Hikmət Mirzəyevlə bağlı SƏRƏNCAM
Zakir Həsənov bu generala yüksək vəzifə verdi
Generala yeni vəzifə verildi
Prezidentdən BU GENERALLARLA bağlı VACİB SƏRƏNCAM
Ali Baş Komandan general-mayorları təbrik etdi
Prezident ona general-leytenant rütbəsi verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 