Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda ölənlərin adları açıqlanıb.
ONN media xəbər verir ki, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına əsasən, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib:
Həmin şəxslər aşağıdakılardır:
1. Solmaz Paşabəy qızı Abbasova (1983)
2. Aydın Mirzəmahmud oğlu Atakişiyev (1964)
3. Zaur Qulu oğlu Cəfərov (1980)
4. Ülviyyə Hümbət qızı Dadaşova (1969)
5. Elvin Qəfər oğlu Məmmədov (1993)
6. İlqar Habil oğlu Məmmədov (1964)
7. Fərid Hüseyn oğlu Qubadov (1983)
8. Əsmayə Cümşüd qızı Quliyeva (1977)
9. Saraj Oruc oğlu Yusubov (1985, Gürcüstan Respublikası vətəndaşı)
Birgə məlumata əsasən, partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır.
Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.
Məlumata görə, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.
"Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - birgə məlumatda bildirilib



Mebel sexindəki partlayış zamanı ölənlərin sayı artdı
KİV əməkdaşlarına fəxri adlar verildi - SƏRƏNCAM
Xırdalandakı partlayışda yaralananların ADLARI AÇIQLANDI
Azərbaycanda universitet əməkdaşları təltif edildi - SİYAHI
Prezident onlara fəxri adlar verdi - SİYAHI
Azərbaycanın kino xadimlərinə fəxri adlar verildi - SİYAHI
Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu
Avtobus qəzasında xəsarət alan 16 nəfərin ADI - SİYAHI
Prezident paralimpiyaçıları təltif etdi
İlham Əliyev mədəniyyət xadimlərini təltif etdi
Bakı Musiqi Akademiyasının əməkdaşları təltif edildi
İlham Əliyev ONLARA fəxri adlar verdi – SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 