Ankaradan qərar olmadığı üçün Ermənistan-Türkiyə sərhədi hələ də açılmır.
ONN media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekunlarına dair mətbuat konfransında “Sputnik Ermənistan”ın sualını cavablandırarkən deyib .
Nazir qeyd edib ki, 2023-cü ilin oktyabrında Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşündə Marqara keçid məntəqəsinin açılması və sərhəddəki Ani körpüsünün bərpası ilə bağlı razılaşmalar təsdiqlənib.
“Amma gördüyünüz kimi, hələ də bu istiqamətdə ciddi addımlar, yekun nəticə yoxdur. Yəni sərhəd konkret qrup şəxslərə (üçüncü ölkə vətəndaşları və diplomatik pasportlu şəxslər - red.) açıq deyil", - Mirzoyan bildirib.
Onun sözlərinə görə, hər iki tərəf infrastrukturun, yolların, körpünün vəziyyətini öyrənib, amma bundan artıq heç nə baş verməyib.
Mirzoyan vurğulayıb ki, Ermənistan həm siyasi, həm də infrastruktur baxımından sərhədləri açmağa hazırdır.
“Lazım olan yeganə komponent Türkiyə tərəfinin onu açmaq qərarıdır”, - Ermənistan XİN rəhbəri qeyd edib.
Ani körpüsünə gəlincə, nazirin sözlərinə görə, burada müəyyən irəliləyiş var, Türkiyə tərəfi öz konsepsiyasını təqdim edib.
"Biz reaksiya verəcəyik və irəliləməyə davam edəcəyik", - Mirzoyan deyib.
Dekabrın əvvəlində Ermənistan Xarici İşlər Nazirliyi “Sputnik Ermənistan”a bildirib ki, Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi fəaliyyətə hazırdır. Qeyd olunub ki, Ermənistan tərəfi üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılması ilə bağlı Türkiyədən müsbət siqnallar gözləyir.



Mirzoyandan Türkiyə ilə bağlı etiraf
Bayramov və Mirzoyan görüşəcək?- Rəsmi
Mirzoyan Türkiyəyə gedəcək
Mirzoyan Hakan Fidanla görüşü zamanı müzakirə olunan məsələləri açıqlayıb
Ermənistan Təbrizdə baş konsulluq açmaq istəyir
Hakan Fidan Mirzoyanla görüşdü
Mirzoyan və Çavuşoğlu arasında nə müzakirə olundu?
Erməni nazir Türkiyəyə səfər edir
Bayramov və Mirzoyan görüşdü
Mirzoyan Parisə gedir
Mirzoyan Nyu Yorkda Abdullahiyanla görüşdü
Bayramov və Mirzoyan arasında görüş başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 