Çinin Ciansi vilayətinin Sinyu şəhərində çoxmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 39-a çatıb.
ONN media səlahiyyətli qurumların açıqlamasına istinadla xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Yanğının yerli saat 19:50-də söndürüldüyü bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, hələ də dağıntılar altında qalanlar olduğu üçün ölü sayının çoxalma ehtimalı var. Yanğın nəticəsində yaranan qatı tüstü binanın yuxarı mərtəbələrinə də dolub. Binanın üst mərtəbələrində internet-kafe, hazırlıq kursları və gənclər üçün digər xidmət obyektləri fəaliyyət göstərir. Həmin obyektlərdəki şəxslər xilas olmaq üçün pəncərələrdən tullanıblar. Yanğın baş verən bina Ciansi Mühəndislik Universitetinin korpuslarından birinə bitişikdir.
Çin Xalq Respublikasının Sədri Si Cinpin Siyun şəhərində çoxsaylı insan tələfatına səbəb olan yanğından sonra müvafiq qurumlara təhlükəsizlik məsələlərinə diqqəti artırmağı tapşırıb.
Qeyd edək ki, yanğın bu gün yerli vaxtla saat 15:24-də binanın zirzəmi qatındakı marketdə başlayıb. Hadisə yerinə xeyli yanğınsöndürən, xilasedici, polis, təcili yardım briqadaları cəlb olunub.



Bakıda yaşayış binasında baş verən yanğın söndürüldü - YENİLƏNDİ
Kollecdə yanğın nəticəsində ölənlərin sayı 10-a çatdı
Türkiyədə FACİƏ: çox sayda yaralı var (YENİLƏNİR)
Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artdı
Mebel sexindəki partlayış zamanı ölənlərin sayı artdı
Yanğın baş verən yataqxanada tələbələr yaşayır?
Batumidə hoteldəki yanğın söndürüldü - Ölən və yaralananların sayı dəqiqləşdi (YENİLƏNDİ)
Kollecdəki yanğında ölənlərin sayı artdı
Dehlidə yanğın: 26 nəfər öldü
Xırdalanda partlayış: xəsarət alan var
Rusiyada maşınqayırma zavodunda DƏHŞƏTLİ YANĞIN: Ölən və yaralananların sayı artdı
Bakıda beşmərtəbəli binada YANĞIN - 25 nəfər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 