Sabah növbədənkənar prezident seçkisində Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti başa çatır.
ONN media saytı xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrini Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.
Həmçinin, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi müddəti də 2024-cü il yanvarın 28-dək nəzərdə tutulub.



Növbədənkənar Prezident seçkilərini müşahidə etmək istəyənlərin NƏZƏRİNƏ
Deputatlığa namizəd olmaq istəyənlərin nəzərinə!
MSK bu şəxslərə çağırış etdi
Bələdiyyə seçkilərinə namizəd olmaq istəyənlərin DİQQƏTİNƏ
Deputatlığa namizədlərin nəzərinə
Prezident olmaq istəyənlərin NƏZƏRİNƏ
XİN rəsmi məlumat yaydı
Prezident seçkiləri ilə bağlı bu prosedur BU GÜN başa çatır
Fevral ayında qeyri iş günü olacaq?
Prezident seçkiləri ilə bağlı iclas keçirilir
Prezident və ailəsi səs verdi
Bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin - DİQQƏT!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 