Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməkdə, Azərbaycan vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah almaqda, saxlamaqda və ictimai asayişi pozmaqda ittiham olunur. Motiv yenə də şəxsi zəmində qisas saxlanılıb.
Bunu güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi deyib.
O bildirib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəmə prosesini izləyir:
“Siyasi Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, hökumətlər öz ölkələrində xarici səfirliklərin və diplomatların mühafizəsi və təhlükəsizliyinə cavabdehdirlər. Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası 1974-cü il martın 15-də Məhəmməd Rza şah Pəhləvi tərəfindən təsdiq edilib. İndiki hökumət də onu imzalamış sayılır. Məhkəmənin beynəlxalq hüquq çərçivəsində aparıldığını demək çətindir. Motivin də şəxsi qisas zəminində saxlanılması Azərbaycan tərəfini qane etməyə bilər. Buna baxmayaraq, böyük ehtimalla hücumu törədən şəxsin cəzası edam hökmü olacaq”.
Qeyd edək ki, hücum təşkil olunandan bir il sonra, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin məhkəmə iclası keçirilib. Hakim iş üzrə icraatın başa çatmasını elan edib və hökmün qanuni müddət ərzində çıxarılacağını bildirib



Hüquqşünas: “İran qanunvericiliyi Azərbaycan səfirliyinə hücum edənə ölüm cəzasını nəzərdə tutur”
Tehrandan səfirliyimizə hücumla bağlı gülünc açıqlama
Bakıda hansı səfirliyə hücuma cəhd edilib?
Minskdə səfirliyə hücum edildi - Diplomat döyüldü
Səfirliyə hücum edən şəxsin kimliyi bəlli oldu
Mingəçevirdə məktəbli qisas zəminində öldürülüb: 5 güllə vurulub - RƏSMİ
İran səfiri XİN-ə çağırıldı
İrandan ŞOK AÇIQLAMA- Azərbaycan TV-sinin iddiasını rədd edirik
Səfirliyə hücum edən şəxsin aqibəti açıqlandı
Azərbaycan vətəndaşı İnterpola verildi
İran səfirliyinə hücum olundu
Baş Nazir bir neçə qərarı dəyişdirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 