İranın dini rəhbəri Əli Xamenei ABŞ qüvvələri ilə qarşıdurmadan yayınmaq barədə göstəriş verib.
ONN media xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.
Bildirilib ki, bununla bağlı cari həftədə İran Ali Milli Təhlükəsizlik Şurası xüsusi iclas keçirib.
İclasda prezident, xarici işlər naziri, silahlı qüvvələrin komandirləri və Xameneinin iki nümayəndəsi ABŞ-ın İrana və ya bölgədəki proksi qüvvələrə hücumu ilə bağlı ssenariləri, buna necə reaksiya veriləcəyini müzakirə ediblər.
“Xamenei açıq-aşkar göstərişlər verib: ABŞ ilə birbaşa müharibədən çəkinin və İranı amerikalıları öldürən proksi qüvvələrin hərəkətlərindən uzaq tutmağa çalışın. Ancaq ABŞ hücum edərsə, cavab verməyə hazır olun”, - məlumatda deyilir.
Nəşr iclas barədə məlumatı adlarının açıqlanmasını istəməyən 3 İran rəsmisinə istinadla yayıb.
Qeyd edək ki, son günlər İrana bağlı bir neçə silahlı qruplaşma ABŞ hədəflərinə hücumları dayandırdıqları ilə bağlı bəyanat yayıb.



Xamenei: "İran ABŞ-la danışıqlar...
İran yaxın saatlarda hücum edəcək: Müharibə başlayır?
Xamenei İranın öz vaksini ilə peyvəndləndi
Xameneiyə müraciət: İranı müharibəyə sürükləmə!
Rus ideoloqdan sensasiya: Xamenei Tehrandan qaçdı
İranda silahlı qarşıdurma: Ölənlər var
Xamenei ilə bağlı daha bir biyabırçılıq
İranın Azərbaycana qarşı xain niyyəti
Heç vaxt təslim olmayacağıq - Xamenei
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 