Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
ONN media “Hürriyet”-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 5 nəfər yaralanıb.
Məlumata görə, ölənlər hücüm edən şəxslərdir. Hadisə yerinə çoxlu sayda polis və tibb briqadası göndərilib.
“Bu gün saat 11.46-da İstanbul Çağlayan Ədliyyəsinin C qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücum cəhdi edilib. Biri qadın, biri kişi olmaqla, 2 nəfər hücum edən şəxs atışmada öldürülüb. Hadisə nəticəsində 3-ü polis olmaqla 5 nəfər yaralanıb”, - nazir bildirib.
Ədliyyə binasına giriş-çıxışlar bağlanıb. İstanbul baş prokuroru Şaban Yılmaz və baş prokuror müavinləri hadisə yerinə gəlib.
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç hadisəyə münasibət bildirib: “İstanbul Çağlayan Məhkəməsi qarşısındakı təhlükəsizlik məntəqəsinə silahlı hücumu şiddətlə qınayıram. Xain hücumun qarşısını alan və iki şübhəlini zərərsizləşdirən qəhrəman polislərimizə təşəkkür edirəm. Hücumda yaralanan polis məmurlarımıza və vətəndaşlarımıza şəfalar diləyirəm. Hadisə ilə bağlı İstanbul Respublika Baş Prokurorluğumuz tərəfindən başladılan məhkəmə istintaqı bir çox aspektlərdə davam edir”.



Türkiyədəki terror aktına görə 34 nəfər saxlanılıb
Polis məntəqəsinə hücum - Ölənlər və yaralılar var
Xəstəxana binasına silahlı hücum olub
Şəhərdə İNSİDENT: Ölənlər var
İstanbulda güclü partlayış olub- ÖLƏNLƏR VAR
İstanbulda güclü partlayış olub, ölənlər var
Londonda bıçaqlı hücum - YARALILAR VAR
Qazaxıstanda SİLAHLI HÜCUM: 5 nəfər öldürüldü
Ticarət mərkəzinə silahlı hücum
Peyğəmbərin karikaturasını çəkənlərə SİLAHLI HÜCUM
Hərbi parada hücum oldu- Ölənlər var
Türkiyədə AĞIR QƏZA: ölənlər və yaralananlar var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 