Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsinin təfərrüatı məlum olub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu gün, saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mersedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.
Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
DİN-in Baş DYP İdarəsi bir daha sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxslərə müraciət edərək onları bu ağır yol-nəqliyyat hadisəsindən düzgün nəticə çıxarmağa, həm özlərinin, həm də neçə-neçə məsum insanın həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.
***
Zaqatalada avtomobillə iki şagirdi vuraraq öldürən sürücü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
"Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir", - qurumdan qeyd olunub.



Zaqatalada ağır qəza olub- ÖLƏNLƏR VAR
Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var - YENİLƏNİB
Biznesmen nişan günü heyatını itirdi
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 4 yaşlı oğlu və 19 yaşlı baldızı ilə birgə öldü
Süpürgəçini maşın vuraraq öldürdü
Azərbaycanda dəhşət - 3 nəfər maşının altında qalıb öldü
Şəmkirdə yol qəzası olub- Polis həlak oldu
Masallıda daha bir ağır qəza: ölən var
Azərbaycanda FACİƏ: 4 nəfər maşının altında qalıb öldü
Ağır yol qəzası zamanı ölənlərin adları açıqlandı
Bakıda FACİƏVİ OLAY: Ölənlər var
Hərbiçimizin ölümü ilə bağlı cinayət işi açıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 