Azərbaycan Respublikasının Prezidenti Gürcüstanın Baş nazirini təbrik edib.
ONN media xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Baş nazir,
Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi
səmimi-qəlbdən təbrik edirəm.
Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.
Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram



Azərbaycan lideri İranın yeni seçilmiş Prezidentini təbrik edib
İlham Əliyev Qaxariyanı təbrik etdi
İlham Əliyev Gürcüstanın yeni baş nazirini TƏBRİK ETDİ
İlham Əliyev Baş naziri təbrik etdi
İlham Əliyev Netanyahunu təbrik edib
İlham Əliyev Salome Zurabişviliyə məktub yazdı
İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib
Prezident gürcüstanlı həmkarını təbrik edib
İlham Əliyev Yaponiyanın yeni Baş nazirini təbrik etdi
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik etd
Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib
Prezident: Azərbaycan-İran əlaqələrinin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 