NATO Baş katibi Yens Stoltenberqin gələn həftə Cənubi Qafqaz ölkələrinə başlayacaq səfərinin Moskvada qıcıq yaradacağı indidən bəllidir. Kreml Stoltenberqin Gürcüstan, Azərbaycan və Ermənistana səfərlərinin məqsədini özü üçün aydınlaşdırmağa çalışır.
ONN media xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Yens Stoltenberqin bölgəyə səfəri yekun hesabat üçündür:
“Stoltenberqin baş katiblik müddəti bu ilin oktyabr ayında bitir və o vətəni Norveçə qayıdacaq. Ona görə də Stoltenberq müxtəlif ölkələrə səfərlər edib, işini uğurla yekunlaşdırmağa çalışır. Əlbəttə, NATO baş katibinin gündəlik fəaliyyətinin böyük hissəsini Ukrayanadakı müharibə əhatə edir. Ancaq Stoltenberq NATO tərəfdaşları ilə təmasları da arxa plana keçirmir. Bunun da hardasa Ukraynadakı müharibə ilə əlaqəsi var.
Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstan Şimali Atlantika Blokuna üzv olmaq istəyir, digər iki dövlətin – Azərbaycanın və Ermənistanın oxşar məqsədi yoxdur. Əlbəttə, NATO baş katibi İrəvanda Ermənistanın Rusiyadan nə qədər uzaqlaşmağa hazır olmasıyla və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi prosesi ilə maraqlanacaq. Ancaq NATO-nun Ermənistana təhlükəsizlik təminatına yönəlik alternativ proqramı yoxdur.
Azərbaycana gəldikdə, ölkəmizlə NATO arasında konstruktiv əməkdaşlıq mövcuddur. Azərbaycan Şimali Atlantika Blokunun müxtəlif proqramlarında iştirak edir. Azərbaycan NATO-nun ikinci böyük dövləti – Türkiyə ilə strateji müttəfiqdir. Azərbaycan Ordusu Türkiyə Ordusu modelinə keçib. Bu elə Azərbaycan Ordusunda NATO standartlarının tətbiqidir. Bu Şimali Atlantika Bloku üçün yetərlədir”.



İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşdü
NATO-nun yeni baş katibi qadın ola bilər
NATO Stoltenberqlə bağlı qərar verdi
Moskvada ofisimizi yenidən açmağa hazırıq - NATO
NATO: "Ukraynaya qoşun göndərməyi planlaşdırmırıq"
Stoltenberq: “Ukrayna və Gürcüstan NATO-ya üzv olmağa hazır deyillər”
NATO bizi düşmən kimi göstərmək istəyir- RUSİYA
NATO-nun baş katibi Ərdoğandan növbəti dəfə üzr istədi
NATO da İrəvandan ÜZ DÖNDƏRDİ: "Qəbuledilməzdir..."
Azərbaycan Stoltenberqə təşəkkür etdi
NATO baş katibinə yeni müavin təyin edildi - KİM?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 