Son günlər bəzi media subyektlərində Möminə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən aydınlıq gətirilib.
ONN media xəbər verir ki, açıqlamada Naxçıvanın simvollarından olan Möminə Xatun türbəsinin ətrafındakı yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatların həqiqəti əks etdirmədiyi qeyd olunur.
Bildirilib ki, Naxçıvan şəhərinin Əcəmi seyrangahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin başlatdığı tikinti işləri 2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları tərəfindən dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisinə yerləşdirilməsi ilə əsaslandırıb.
Xidmət tərəfindən qeyd olunub ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabellə əvəzlənməsi işləri də aparılacaq. Bütün bunları nəzərə alaraq şəhər icra hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın qanunauyğun formada qurulması üçün müvafiq yer ayrılacaq



Möminə xatun
Bakı və Abşeronda qanunsuz tikililər söküldü
Bu sahələr üzrə əmək haqqı artırıldı
DTX-nın səlahiyyəti artırıldı
Bakı və Abşeronda daha iki qanunsuz tikili söküldü
Naxçıvanın 95 illik yubileyinə dair Tədbirlər Planı təsdiq edilib
Prezident Naxçıvanda icra başçısını vəzifəsindən azad etdi
Naxçıvandakı bağçalarla bağlı SƏRƏNCAM
Bakıda Azad Qadın heykəli sökülür?
Naxçıvan ali məclisinin səlahiyyətləri azaldıla bilər?
Türk hərbçilər Naxçıvanda muzeyləri gəzdi
Naxçıvana yeni icra başçısı təyin edildi
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 